
Bütün gürcüstan Müsəlmanları İdarəsinin(BGMİ) nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə Qardabani şəhərində bayram tədbiri keçirilib.
Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə,xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından bəhs edən çıxışlar edildi. Tədbirdə Həzrəti Məhəmmədin(s) əziz qızının həyatını əks etdirən video çarxlar nümayiş olunub, ilahilər səsləndirilib.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Xanım Zəhranın (s.ə) əziz xatirəsini yad etmək məqsədilə keçirilən mərasimlərə zəhməti keçən hər kəsə dərin minnətdarlığını bildirir, mehriban Allahdan əcr diləyir.