19 Noyabr, 2011
Vətəndaş müharibəsi sizi ABŞ-ın qucağına atacaq

İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr Suriya xalqına müraciət edib.

İraqın "Sədr" hərəkatının lideri müraciətində deyib ki, Misir, Liviya, Yəmən, Bəhreyn və Tunisdə baş verənlərlə Suriyada baş verənlərin arasında böyük fərq var. Mən Suriya xalqından istəyirəm ki, daxili müharibə etməkdənsə, güclərini işğal altında olan Holan yüksəkliklərini azad etməyə sərf etsinlər.

Müqtəda Sədr deyib ki, diqqətli olun ki, düşmənlərin istədiyi iş yəni Suriyada vətəndaş müharibəsi baş verməsin. Suriyanı ABŞ-ın qucağına atmayın. Bu İraqda bunu təcrübə etmiş şəxslərin məsləhətidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-466.html