
Mərkəzi Afrikanın şərqində xristian rahib müsəlmanlığı qəbul edib. Bundan sonra onun xadimi olduğu məbəddə digər möminlər də din olaraq islamı seçiblər.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə islam.ru məlumat yayıb.
Keçmiş xristian pastor Səlim Miqdad ona doğru yolu göstərmiş islam alimləri ilə ünsiyyətdən sonra şəhadət gətirərək müsəlman olub.
Səlim Miqdad xadimi olduğu kilsəyə gələnlərin dərin hörmətini qazanmış bir şəxsdir. Ona görə də keçmiş xristian din xadimi kilsəyə ibadətə gələnlərə islamı qəbul etdiyini bəyan edib bu addımının mahiyyətini izah etdikdə 480 xristian ondan nümunə götürərək müsəlman olub.