
Pakistanın Lahor şəhərində baş vermiş partlayışa görə məsuliyyəti "Taliban"-a bağlı olan "Camaat ul-Ahrar"terror qruplaşması öz üzərinə götürüb.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Euronews agentliyi xəbər verib.
Məlumata görə terrorçu-intiharçı "Gülşəni İqbal"(Lunapark)parkının uşaqlara aid bölməsinə daxil olaraq üzərindəki partlayıcını işə salıb.Parka gələnlərin sayının çox olması səbəbindən nəticədə 70 nəfərdən çox insan həyatını itirib 300 nəfərdən artıq yaralanıb.Ölən və yaralananların böyük əksəriyyəti uşaq və qadınlardır.
Qeyd olunur ki,Pasxa bayramı ilə əlaqədar olaraq parka gələnlər arasında xristianlar çoxluq təşkil edib.Məlumata görə Pakistanda 3 milyona qədər xristian yaşayır.
Bildirilir ki,partlayıcı elementi kimi metal kerəciklərdən istifadə olunub.
Hadisə ilə bağlı Pakistanda 3 günlük matəm elan olunub.