
Türkiyənin ana müxalifət partiyası olan CHP-li millət vəkilləri İŞİD terror təşkilatının Türkiyə qanadının başçısı Halis Bayancukun azadlığa buraxılmasnı tənqid ediblər.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatı görə,Cumhuriyyet-in verdiyi xəbərdə bildirilir ki,CHP millət vəkili Eren Erdemin Türkiyə Böyük Millət Məclisindəki tənqidi çıxışı AKP millət vəkillərinin sərt reaksiyasına səbəb olub.
X.Bayuncukun ifadələrinin yer aldığı ittihamnamədən hissələr oxuyan Erdem AKP-nin İŞİD-ə dəstək verdiyini söyləyib: “AKP İŞİD-ə qarşı ayrı-seçkilik edir. Jurnalistləri, alimləri, müxalif olan hər kəsi həbsxanaya salır, lakin həbs olunan İŞİD terrorçularını dərhal azadlığa buraxır."
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə məhkəmənin qərarı ilə aralarında İŞİD-in bu ölkədəki qanadının başçısı, "Əbu Hanzala" kimi tanınan X.Bayancukun da olduğu yeddi məhbus azadlığa buraxılıb.