26 Mart, 2016
Azərbaycan ordusunun əsgəri şəhid olub

Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Ahlibeyt.az-ın MN mətbuat xidmətinə istinadən məlumatına görə,Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4643.html