
Nizamlanma prosesi nəticəsində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi məsələsində Moskva və Vaşinqtonun mövqeyi eynidir.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti-nin məlumatında bildirilir ki,bunu ABŞ dövlət katibi Con Kerri deyib.
“Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Biz bu prosesdə məqsədləri də anlayırıq - İŞİD-in, “Ən-Nusrə”nin və digər terrorçu qruplaşmaların məhv edilməsi, və biz hamımız Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının tərəfdarıyıq”, - deyə Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.