23 Mart, 2016
İŞİD Brüsseldəki terror aktlarını öz üzərinə götürüb və Avropanı hədələyib

"İslam dövləti" terror təşkilatı martın 22-i Belçikanın paytaxtı Brüsseldə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, bunu təşkilat sosial şəbəkələrdə fransız və ərəb dillərində açıqlanan rəsmi bəyanatında bildirir.

Daha öncə Belçika polisi Skarbek komunnasında axtarışlar zamanı partlayıcı, kimyəvi maddələr və İŞİD-in bayrağını aşkar edib.

Məlumatlara görə,İŞİD terror qruplaşması antiterror koalisiyasında iştirak edən Qərb ölkələrini yeni və “daha dəhşətli terror aktları” törədəcəyi ilə hədələyib.

Xatırladaq ki, martın 22-i Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4632.html