
İŞİD terror qruplaşmasının rəhbərlərindən biri olan Abu Ömər Əş- Şişaninin meyidi İraq hərbçiləri tərəfindən Ramadi şəhəri yaxınlığında aşkarlanıb.
Ahlibeyt.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,bu barədə "As-Sumariya"kanalına Əl-Ənbarda əməliyyatlara rəhbərlik edən İraq ordu generalı İsmail Əl-Məhləvi məlumat verib.
General Əl-Məhləvi bildirib ki,Ramadi yaxınlığında yerləşən Əl-Bueyda məntəqisində kəşfiyyat aparan ordu birləşmələri 10 İŞİD mənsubuna məxsus meyid aşkarlayıb və onlardan biri Ömər Əş-Şişaniyə mxsus olduğu məlum olub.
Bildirilir ki,meyidlərin yanında onların terror qruplaşmaları tərkibində döyüşdüklərinə aid olduğu sənəd və silahlar olub.
Qeyd edək ki,bu ilin mart ayının əvvəlində ABŞ ordu sözcüsü Piter Kuk Suriyanın şimal-şərqində keçirilən əməliyyat nəticəsində Abu Ömər Əş- Şişanini kimi tanınan gürcü əsilli Tarxan Batriaşvilinin məhv edilməsi barədə məlumat yaymışdır.
Xatırladaq ki,bundan əvvəl də dəfələrlə Əş-Şişaninin öldürülməsi barədə məlumatlay yayılmış,lakin sonradan bu məlumatlar öz təsdiqini tatpamışdır