
Ötən gün İranın tarixi şəhərlərindən olan Babil(Qaluqah) şəhərində 500 il tarixi olan məscid yanıb. Yanğına səbəb 1 həftə öncə əsaslı təmirə bağlanmış məscidin həyətində quraşdırılmış çadırda olan istilik sobasının elektik naqillərində yaranmış qısa qapanma olmuşdur.
Ekspertlərin ilkin hesablamalarına görə məscidə 100mln. tüməndən artıq ziyan dəymişdir.
Qeyd edək ki, camaatın müqəddəs aylarda sıx ziyarət etdiyi məscid keçən həftələrdə ölkənin mədəni irsi siyahısına salınmışdı.
shabestan.ir