18 Mart, 2016
Səudiyyə Ərəbistanı Yəməndə hava zərbələrini dayandırır

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı keçirdiyi əməliyyatı dayandırıb.

Ahlibeyt.az-ın "Report"a istinadla verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.

ABŞ tərəfindən dəstəklənən beynəlxalq koalisiya bir il əvvəl üsyançıları bombalamağa başlamışdı.

Səudiyyə Ərəbistanı ordusunun nümayəndəsinin sözlərinə görə, koalisiya Yəmən ordusuna havadan dəstək verməyə davam edəcək.

Cümə axşamı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində Yəmənin şimalında dinc əhali arasında ölənlərin sayının iki dəfə artdığı, artıq 100 nəfəri keçdiyi məlum olmuşdu.

Şahidlərin sözlərinə görə, ən azı iki mərmi Hacca əyalətində husilərin nəzarəti altında olan bazara düşüb. BMT-nin məlumatına görə, ölənlər arasında 22 uşaq da var.

Səudiyyə Ərəbistanının təcavüzü nəticəsində 6200-dən çox dinc sakin ölüb, milyonlarla insan evlərini tərk etməyə məcbur edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4610.html