
Bakıda “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminar keçiriləcək.
Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurasından Salamnews-a bildirilib ki, konfransda Mətbuat Şurasının rəhbərliyi, jurnalist təşkilatlarının təmsilçiləri və KİV nümayəndələri iştirak edəcək.
İstanbul Yeni Yüzyıl Universiteti, Qlobal Kariyera İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransın sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar veriləcək.
Seminarda İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakultəsinin dekanı, professor Aysel Aziz və Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlunun mzu ətrafında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.