17 Mart, 2016
İŞİD-in növbəti dayanacağı Birləşmiş Ərəb Əmirlikləri ola bilər

BƏƏ rəsmilərilə ABŞ rəsmiləri arasındakı görüş İŞİD-ə qarşı hərəkətə səbəb olub

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə ərəb mediası məlumat yayıb.

Xəbərə əsasən, ABŞ-ın prezident müavini Co Baydenin Yaxın Şərq ölkələrinə səfəri zamanı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İŞİD-ə qarşı mübarizələrini gücləndirməyi istəməsi məlum olub.

Bu göstərişə uyğun olaraq BƏƏ-nin iqtisadi bölgəsi kimi tanınan Əbu Zəbti şəhəri başda olmaqla bütün bölgələrdə İŞİD-in maliyyəsini məhdudlaşdırmaq üçün hərəkətə keçiblər.

Məlumata görə BƏƏ, İŞİD-in qaçaq nef və silah ticarətinin qarşısını almağa başlayıb.

Ekspertlərin proqnozuna görə, ABŞ-ın yeni istəyi BƏƏ-ni, xüsusən şeyxlər şəhəri olan Əbu Zəbtini İŞİD-in yeni hücumlarına məruz qoymaqdır.

Qeyd edək ki,verilən məlumatlara görə, bir çox ərəb ölkələri İŞİD-lə ticari əlaqələrə sahibdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4607.html