17 Mart, 2016
İordaniyada zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər həyatını itirib

İordaniyada fələstinli zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Ahlibeyt.az-ın Ntv-yə istinadən məlumatına görə, qəza nəticəsində  19 nəfər ölüb, 36 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəstəxanalara yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan öləmlərin sayının artacağı ehtimal olunur.

Bildirilir ki, İnsident ölkənin cənubunda yerləşən Maan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Məlumata görə, zəvvarları daşıyan avtobus ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanı istiqamətində hərəkət edirmiş.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4602.html