16 Mart, 2016
ABŞ İraqda İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirəcək

Əməliyyat Ənbar əyalətinin Hit yaşayış məntəqəsi ərazisində aparılacaq

Fərat çayı ərazisində İŞİD terror təşkilatına qarşı ən böyük əməliyyat həyata keçiriləcək.

Ahlibeyt.az "Report"a istinadla xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi Stiv Uorren Bağdadda keçirilən mətbuat konfransında bildirib.

Əməliyyat Ənbar əyalətinin Hit yaşayış məntəqəsi ərazisində aparılacaq. Uorrenin sözlərinə görə, artıq İŞİD yaraqlılarından 24 min kvadrat metr ərazini geri almaq mümkün olub.

"İraq və Suriyada aparılan hərbi kampaniya ərzində 10 mindən çox İŞİD terrorçusu məhv edilib", - deyə o əlavə edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4591.html