
Martın 13-də Ankaranın mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Seher Çağla Demir tərəfindən törədilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumat yayaraq bildirmişdir ki,terrorçu-kamikadze 2013-cü ildən PKK sıralarına qoşulub.
Xatırladaq ki terror aktı nəticəsində 37 nəfər həlak olub 125 nəfər yaralanıb. Xəstəxanalara yerləşdirilmiş 48 yaralının müalicəsi davam etdirilir. Onlardan 15-nin vəziyyəti ağırdır.