15 Noyabr, 2011
İsveçrədə tikiləcək məscidin ərazisinə donuz basdırıblar

İsveçrənin Qranje şəhərində naməlum şəxslər alban icmasının məscidi olan mədəniyyət mərkəzi tikmək istədikləri torpağın ərazisində bir donuz cəsədi və dörd donuz başı basdırıblar.

Polisin bildirdiyinə görə bunu edənlər elə fikirləşiblər ki, əgər İslam dini donuzu mundar heyvan hesab edirsə, deməli donuz əgər məscid tikiləcək əraziyə dəymiş olarsa, həmin ərazi şəriət baxımından məscid binası üçün yararlı olmayacaq. Amma alban icması artıq bildirib ki, binanın tikiləcək ərazisinin yeri dəyişilməyəcəkdir.

vesti.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-459.html