
ABŞ-da müsəlman qadınlar özlərini müdafiə etmək üçün fəndlər öyrənməyə məcburdur.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, ABŞ-da ən böyük və ən nüfuzlu müsəlman sosial və insan hüquqları təşkilatı olan “Amerika-İslam Əlaqələri Şurası”-nın sözçüsü İbrahim Hoper deyib ki, müsəlman qadınlar cəmiyyətdə özlərini qorumağı bacarmalıdır, elə buna görə də müsəlman qadınlar özünü müdafiə etmək üçün döyüş fəndləri öyrənir.
İ.Hoper qeyd edib ki, Amerikada müsəlmanlara qarşı hücumlar son aylar 3 dəfə artıb və hücumlara məruz qalanların 80 faizi isə qadınlardır. “ İŞİD terror qruplaşmasının Parisdə və Kaliforniyanın San Bernardino şəhərində törətdiyi terror aktlarından sonra ABŞ-da müsəlmanlara qarşı hücumlar və cinayətlər artıb. Prezidentliyə namizəd Donald Trampın İslam və müsəlmanlara qarşı çıxışları vəziyyəti bir azda pisləşdirib”.