
Misirin “Müsəlman Qardaşları”(İxvanul-Muslimin) təşkilatının keçmiş rəhbərlərindən olan Muxtar Nuh ötən gün Ankarada baş vermiş terror olaylarında Türkiyənin hazırkı hakimiyyətini günahkar bilib.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə FaktXeber.com “Əl-Youmus-Sabi” portalına istinadən verdiyi xəbərdə bildirilir.
O qeyd edib ki, hazırda Türkiyə hökuməti 30 min terrorçuya ev sahibliyi edir və ötən gün baş verən qanlı olay da bu gizli əməkdaşlıqların nəticəsidir.
Türkiyə hökuməti ABŞ-ın vaxtilə Əl-Qaidə terrorçuları ilə etdiyi əməkdaşlığın acısını yaşadığı bir durumu təcrübə etməkdədir, deyə keçmiş İxvanul-Musliminin rəhbərlərindən olan Muxtar Nuh bəyan edib.