15 Noyabr, 2011
Mənbəsiz xəbər yayımlamaq haramdır

Ayətullah Seyyid Əli Xameneinin Şimali Xorasandakı nümayəndəsi, Bocnurdun İmam Cüməsi Ayətullah Həbibullah Mehman-Nəvar Fars informasiya agentliyinə verdiyi müsahibəsində mənbəsiz xəbər yayımlamağın haram iş olduğunu bildirib.

Ayətullah Mehman-Nəvar deyib ki, mənbəsiz xəbər yayımlamaq oğurluq etmək kimidir. Necə ki, oğru bir malın və ya əşyanın sahibinin icazəsi olmadan ona sahib çıxırsa, eynilə də mənbəsiz xəbəri yayımlamış mətbu orqan da əziyyət çəkmədən həmin xəbərə sahib çıxm;. olur.

Ayətullah Mehman-Nəvar KİV nümayəndələrindən istəyib ki, mənbəsiz xəbər yayımlamaqla digərlərinin haqlarını zay etməsinlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-457.html