
"İstər Suriya və İraqda,İstərsə də dünyanın digər ölkələrində - İran məkanından asılı olmayaraq Məhəmməd peyğəmbərin(s) ailəsi ilə əlaqəli olan Əhli-Beytə bağlı müqəddəs məkanlara qarşı yönələn terror təhdidlərinin qarşısını alacaq."
Ahlibeyt.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani İran-İraq müharibəsində (1980-1988) həlak olanların anım gününə həsr edilən konqresdə çıxışı zamanı bildirib.
Çıxışı zamanı H.Ruhani bidririb: “Heç bir şübhə yoxdur ki, İran terrorçuların İraq, Suriya və digər ölkələrdəki Əhli-Beytin(ə) müqəddəsatlarına qarşı aqressiyasına qarşı duracaq.Ölkəmizin gəcləri İranı, islam torpağını və yerləşdiyi məkandan aslı olmayaraq bu müqəddəs məkanları qoruyacaqlar!"
O, həmçinin vurğulayıb ki, terrorçular tərəfindən İslam müqəddəsatlarına qarşı olunan təhdid və təhlükə İslam respublikası üçün “qırmızı xət"dir və İran ekstremistlərin bu xətti keçmələrinə imkan verməyəcək.