12 Mart, 2016
Kanadada müsəlmanların dəfn mərasiminə silahlı hücum
Kanadanın Albert ştatında bir müsəlman qəbiristanlığında silahlı hücum baş verib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Kanada Kral Atlı Polisi sözçüsü Şaron Franks "Cochrane" müsəlman qəbiristanlığındakı dəfn prosesi zamanı naməlum şəxslərin mərasimə qatılanlara atəş açdığını söyləyib.
Hücumda 4 nəfərin yaralandığını və xəstəxanaya çatdırıldığını bildirən Franks, "Hadisənin nifrət cinayəti və ya irqçi bir hücum olduğunu düşünmürük", - deyib.
Qəbiristanlıqda dəfn olunan şəxsin, ürək xəstəliyi nəticəsində 21 yaşında ölən müsəlman olduğunu bildirən Franks, hadisə ilə bağlı istintaqın davam etdiyini və yaralıların vəziyyətlərinin yaxşı olduğunu söyləyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4566.html