11 Mart, 2016
Kərbəlada Həbib ibn Məzahirin yeni zərihinin açılış mərasimi keçirilib - FOTO
İmam Hüseyn (ə) müqəddəs ziyarətgahında  İmamın səhabələrindən olan Həbib ibn Muzahir əl Əsədinin  qəbrinin zərihinin açılış mərasimi ötən gün Kərbəla şəhərində keçirilib.

Ahlibeyt.az-ın maide.az-a istinadən xəbər verir ki,  açılış mərasimində Kərbəla şəhərinin dini və ictimai şəxsiyyətləri iştirak ediblər.

Həbib ibn Məzahirin qəbrinin yeni zərihində 3 kq qızıl, 822 kq gümüş, 500 kq mis, 12 kub metr ağacdan hazırlanıb. Zərhin üzərində Quranın “Nur” suəri və Əhli – Beyt (ə) kəlamları ilə bəzədilib.

Yeni zərihin düzəldilməsində islami incəsənət nümunələri məharətlə işlənilib və insanların yardımı ilə hazırlanıb. Onun hazırlanmasına 3 il vaxt sərf olunub və 10 gün öncə Kərbəla şəhərinə gətirilib və quraşdırılıb.

Qeyd edək ki, dəyişdirilən köhnə zərih 70 il öncə quraşdırılmışdı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4562.html