7 Mart, 2016
ABŞ-da müsəlman tələbələrə təcavüzün qarşısını almaq üçün səylər artırılır

ABŞ Ədliyyə və Təhsil nazirliyi birlikdə bəyanat verərək müsəlman  tələbələrin  təhlükəsizliklərinin daha  çox  təmin olunmasını bildiriblər.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Amerikanın elm ocaqları, təhsil mərkəzləri və məktəblərində müsəlman tələbələrin təcavüzə məruz qalması xəbərlərinin çoxalması ardınca bu elm ocaqlarında, irqi və dini azlıqları müdafiə səylərini artırlmağa çalışılır.

İŞİD-in Kaliforniya və Parisdəki məlum  terror aktlarından sonra Avropa və Amerikada müsəlmanlar əleyhinə yeni mənfi dalğalar yaranmağa başladı. Bundan narahat olan vətəndaşların hüquqlarını qoruyan beynəlxalq təşkilatlar və digər qrumlar elm ocaqları ilə bərabər bu islamofob dalğaya qarşı mübarizə etmək üçün bərabər hərəkət edəcəklərini bildiriblər.

ABŞ Ədliyyə və Təhsil nazirliyi birlikdə bəyanat verərək müsəlman  tələbələrin  təhlükəsizliklərinin daha  çox  təmin olunmasını bildiriblər.

"Müsəlman tələbələrin fiziki və prisixi baxımdan incidilməsi, təcavüz və təzyiqə məruz qalması ilə mübarizə" devizi ilə keçirilən bir toplantıda, Multikultural Təhsil Mütəxəssisi Bil Ho, Meriden şəhərinin "Beytul-Aman" məscidində  çıxışı zamanı bildirib:

"Müsəlman uşaqlar basqı altındadırlar, çünki digər uşaqlar onlarla rahat davranmır. Bu məsələ müsəlman uşaqları təcridə sürükləyir. Buna görə də onlar üçün məktəblərdə şərait yaradılmalıdır ki, onlarda öz ictimai qabiliyyət və məharətlərini inkişaf elətdirə bilsinlər."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4533.html