
İraq ordusu və könüllü xalq birləşmələri terrorçuların əsas təchizat mənbəyinini Mosul - Raqqa arasındakı yolları bağlayıb
Ahlibeyt.az-ın İnterfaks-a istinadən məlumatına görə, ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk Mosulun azad olunması əməliyyatı ilə bağlı açıqlama verib.
Bağdadda olan diplomat bildirib ki, ordu qüvvələri əməliyyatın ilk mərhələsində Mosul -Rakka araaslnda olan terrorçuların təchizat yollarını bağlayaraq nəzarətə götürüb.Bildirilir ki, terrorçuların Suriyada paytaxt elan etdikləri və əsas dayaq nöqtələri olan Raqqa şəhəri İraqdakı terror birləşmələrinin əsas təchizat və əlaqələndirmə mərkəzidir.
Makqerkin bildirib ki,Mosulun azad olunması olduqca çətin olacaq. lakin əməliyyat planı yaxşı hazırlanıb.
Onun sözlərinə görə,ABŞ qoşunlarının bu əməliyyat zamanı iştirakı İtaqın baş naziri Heydər Əl-Abadinin müraciətindən sonra mümkün ola bilər.
Öz növbəsində əməliyyatla bağlı açıqlama verən İraqın baş naziri Heydər əl-Abadi əməliyyatlarda bütün növ qoşun birləşmələrinin iştirak edəcəyini bildirib. Ordu xalq könüllüləri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan dəstəyini alacaq.