
Belçika müsəlmanları bu ölkədə müsəlmanlara məxsus ən böyük mədəniyyət mərkəzinin açılması üçün yardım toplayır.
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, bu mərkəz Belçikanın paytaxtı Brusseldə istifadəyə veriləcək. Mədəniyyət Mərəzinin açılması üçün Belçikanın “Rasul-Hanut” birliyi maliyyə yardımı toplamaq üçün kampaniyaya başlayıb.
“Rasul-Hanut” birliyi altı il öncə Belçikada yaşayan gənc müsəlmanlar tərəfindən təsis olunub. Birlik ümid edir ki,700 min avro toplamaqla Brusselin Molnbik məhəlləsində bina alacaq və müsəlmanlara məxsus mədəniyyət mərkəzini istifadəyə verəcək.
Qeyd edək ki,Belçika müsəlmanları bütün layihələrini əhalinin yardımları ilə həyata keçirirlər.