
Beş terrorçu öldürülüb, çoxlu sayda silah ələ keçirilib
Nigeriya hərbçilərinin məlumatına görə, terrorçu "Boko Haram" silahlı qruplaşmasından 63 nəfər azad edilib.
Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Lavin Mereli, Matiri Bulaka və Akceri qəsəbələrində keçirilən reydlər zamanı "Boko Haram" qruplaşmasının beş üzvü öldürülüb, terrorçulara məxsus çoxlu sayda silah ələ keçirilib.
Qeyd edək ki,Nigeriyada fəaliyyət göstərən "Boko-Haram" təkfirçi-terror qruplaşması 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.Qruplaşma 2015-ci ildə İŞİD-ə sadiqlik andı içmişdir.