
Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişikliklər edib.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlıdır.
Dəyişikliyə əsasən bundan sonra nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu tələb olunacaq.