(2)_thumb.jpg)
Naxçıvan və Məşhəd arasında sərnişin qatarı həftədə iki dəfə hərəkət edəcək.
Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu Trend-ə İranın Naxçıvan Muxtar Respublikasında baş konsulu Mənsur Ayrım deyib.
Onun sözlərinə görə, martın 3-də Naxçıvan Muxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında görüş keçirilib.
Görüş zamanı Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələsi müzakirə olunub.