
Bu il martın 6-7-də İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fələstin Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə Sammiti keçiriləcək.
Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatındadən bildirilir ki,İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizi Baş nazirin müavini Elçin Əfəndiyev təmsil edəcək.
Ümumi müzakirələrin yekununda Fələstin Əl-Qüds Əl-Şərif üzrə Cakarta Bəyannaməsinin qəbulu nəzərdə tutulub.