2 Mart, 2016
Balakən şəhəri "Cümə Məscidi” dini icması “Milli-dini adət-ənənələrimiz və dini radikalizm” mövzusunda tədbir keçirib
Martın 1-də Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması”  layihəsi çərçivəsində “Milli-dini adət-ənənələrimiz və dini radikalizm” mövzusunda tədbir keçirib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elvin Qarayev, dini icma sədrləri, din xadimləri, gənclər, dindarlar, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, ölkə rəhbərliyi hər zaman dindarlara böyük diqqət və qayğı ilə yanaşır. Məscidlərin vəziyyətinin yaxşılaşdırılması və dindarlara ibadət üçün əlverişli şəraitin yaradılması bunun bariz nümunəsidir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4500.html