1 Mart, 2016
Suriya federasiya ola bilər - Rusiya XİN

Rusiya Suriya üzrə danışıq iştirakçılarının bütün tərəflərini razı salacağı halda bu ölkədə federativ respublika dövlət qruluşunun yaradılması barədə fikrə gələ bilər.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Mən Suriyada federativ dövlət yaradılması şanslarını dəyərləndirə bilmərəm, çünki Suriyanın gələcəyinin parametrlərini müəyyənləşdirəcək proses hələ başlamayıb.”, - S.Ryabkov "Rossiya Sevodnya” beynəlxalq informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4490.html