29 Fevral, 2016
İraqda törətdilən partlayışlarda 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4483.html