
Pakistanda 24 milyon uşaq orta təhsildən kənar qalıb
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,"TheTribune"nin məlumatda bildirilir ki,bu barədə Pakistan Təhsil Statistika idarəsinin hesabatı yayımlanıb.
Hesabata görə 2014-2015 ci təhsil ilində 5-16 yaş arasında olan 50,8 milyon uşağın 47 faizi müxtəlif səbəblər üzündən təhsildən yayınıb. Onlardan 12,8 milyonu qız, 11.2 milyonu isə oğlandır.
Hesabatda ən pis vəziyyətin Bəlucistan və Xayber Paxtunxva əyalətində olduğu bildirilir.