27 Fevral, 2016
Gürcüstanda 79 məscid müsəlmanlara qaytarılıb

Son iki ildə Gürcüstanda 79 məscid ölkə müsəlmanlarına qaytarılıb

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bu barədə dumsk.com saytı yazıb.

Gürcüstanın dini məsələlər üzrə dövlət agentliyinin rəhbəri Zaza Başaxmadze bildirib ki, keçən il ölkənin müsəlman icmalarına 2 milyon lari (təqribən 890 min dollar) vəsait ayrılıb. Bu pullar din xadimlərinin məvacibinə, din ocaqlarının təmirinə, icmaların məişət xərclərinə və xeyriyyə məqsədlərinə sərf olunub.

Qeyd edə ki, müxtəlif mənbələrin məlumatına görə, müsəlmanlar hazırda Gürcüstan əhalisinin 10-13 faizini təşkil edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4479.html