26 Fevral, 2016
Məsciddə silsilə partlayış 15 nəfərin həyatına son qoydu 50-dən çox yaralı

İraqın paytaxtı Bağdadda məsciddə törədilmiş iki partlayş nəticəsində 15 nəfər həyatını itirib 50-dən çox yaralı xəstəxanalara yerləşdirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,hadisə barədə Reuters agentliyi İraq rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata  görə,hadisə 25 fevralda Bağdadın əsasən şiələr məskunlaşmış Əş-Şula rayonunda baş verib.  Terrorçulardan biri  məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və təhlükəsizlik xidmətinin əməkdaşlarının yaxınlaşdığı zaman digər bir terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində ümumilikdə 15 nəfər dünyasının dəyişib və 50-dən çox insan yaralanıb.

Hələlik heç bir qruplaşma  terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4471.html