25 Fevral, 2016
İŞİD "Facebook" və "Twitter" rəhbərlərinin ünvanına təhdidin yer aldığı video yayıb (Foto, Vide)

İŞİD terrorçuları "Telegram" xidməti vasitəsilə "Flames Of The Supporters" başlıqlı video yayıblar.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə lenta.ru məlumat yayıb.

Xəbərə görə, 25 dəqiqəlik videoçarxda "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Tsukerberq və digər bir sosial şəbəkə olan "Twitter"in qurucusu Cek Dorsinin ünvanına təhdidlər yer alır.

“Hər gün bizim hesablarımızın bağlanıldığı barədə elan edirsiniz. Siz ancaq buna qadirsiniz? Bizimlə baş-başa gələ bilməzsiniz.

Bir akkauntu bağlasanız, yerinə 10-nu açacağıq və tezliklə saytınızı sildiyimiz zaman adlarınızı da siləcəyik.”, - videodakı mətndə bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4466.html