8 Fevral, 2019
Kimlər hesab-kitab görmədən cənnətə daxil olacaq..?

Axirətdə hesabı məlum olmayan savabın verilməsi barədə hədislərdə qeyd olunub ki;"Səbr edənlər qiyamət günü "Ərəfat”da durmadan, "Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar. "

Hişam ibn Həkəm İmam Sadiq əleyhissalamdan belə rəvayət edir:

"Qiyamət günü bir dəstə insan baş qaldırıb cənnətin qapısına gələrlər. Onlardan soruşarlar ki, siz kimsiniz? Deyərlər ki, biz səbr edənlərik, Onlara deyilər ki, siz nəyə səbr etmisiniz? Cavab verərlər ki, biz Allaha itaət etməkdə və günahlardan çəkinməkdə səbr etmişik. Bu vaxt Allah-taala deyər: "Düz deyirlər, onları cənnətə daxil edin”.

Qurani-Kərim buyurur:

Yalnız səbir edənlərəin əcri (mükafatları)saysız- hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)

İmam Baqirdən(ə)nəql olunan bir hıdisdə buyrulur:

"Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər(s) qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4463.html