
Leyboristlər partiyasında London merliyinə əslən Pakistandan olan Sadıq Xan namizəd olub.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, deputat Sadıq Xan insan hüquqları müdafiəçisi kimi tanınıb. O, Mühafizəkarlar partiyasından olan Zak Qoldsmitlə mübarizə aparmalı olacaq.
Qələbə qazanacağı təqdirdə o kasıb kvartalların yenidən qurulması ilə məşğul olacağını vəd edib.