24 Fevral, 2016
Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib

ATƏT-in fəaliyyətdə olan sədri Almaniya Federativ Respublikası tərəfindən türkiyəli ilahiyyatçı, dosent Bülent Şenay ATƏT-in müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə xüsusi təmsilçisi təyin edilib

Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

XİN-in açıqlamasında bildirilir ki, Türkiyə ATƏT coğrafiyasında təhlükəsizlik  tədbirlərinin gücləndirilməsi və qurumun siyasi-hərbi, ətraf mühit, insan ölçüsü ilə bağlı fəaliyyətlərinə əhəmiyyətli töhfə verir:

“Ölkəmiz regional qeyri-stabillik, miqrant axını və terror təhdidlərinin artması fonunda dözümsüzlük, irqçilik, İslam əleyhinə çıxışların önlənməsi baxımından beynəlxalq institutların fəaliyyətinin dəstəklənməsinə xüsusi töhfə verir.Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliyə qarşı qərarlı yanaşmamız nəticəsində bu təyinat tərəfimizdən məmnuniyyətlə qarşılanıb”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4460.html