24 Fevral, 2016
Qırğızıstanda "Hizb-ut-Təhrir"in qadınlardan ibarət dəstəsi aşkarlanıb

Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən “Hizb-ut-Təhrir” beynəlxalq terror təşkilatına aid qadınlardan ibarət dəstə ifşa olunub.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki,bu barədə Qırğızıstanın Oş vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Jeniş Aşırbayev bildirib.

O deyib ki, operativ-axtarış tədbirləri nəticəsində Qara-Suy rayonundakı evlərin birində 16 qadın və ekstremist məzmunlu sənədlər aşkarlanıb.

Qadınlar bildiriblər ki, İslam haqqında öyrənmək üçün toplaşırlar.

Qırğızıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, son illər “Hizb-ut-Təhrir” terror təşkilatı məhz qadınların öz sıralarına cəlb edilməsinə üstünlük verirlər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4458.html