24 Fevral, 2016
“Məhəmməd Rəsulullah (s)” filmi tezliklə Azərbaycanda nümayiş olunacaq
Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi yaxın  2 ay ərzində Azərbaycanda  nümayiş olunacaq.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Maide.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi bildirib.

İ.İbrahimi deyib ki, hazırda Azərabycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsi ilə “Məhəmməd Rəsulullah (s)” filminin Azərbaycanın müxtəlif şəhərlərində o cümlədən Bakı, Gəncə, Masallı, Lənkəran və digər şəhərlərin kino zallarında nümayişi ilə bağlı danışıqlar aparırıq”

Mədəniyyət Mərkəzinin rəhbəri bildirib:"Düşünürəm ki,“Məhəmməd Rəsulullah (s)” filmi  Azərbaycan tamaşaçılarının böyük rəğbətini qazanacaq. "Çalışırıq ki, yaxın 2-3 ay ərzində filmin Azərbaycanda təqdimatını keçirək. Filmin rejissoru Məcid Məcidi ilə də danışıqlar aparmışıq və Məcidi özü filmin təqdimatında iştirak etmək üçün Azərbaycana səfər edəcək”.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4457.html