4 Fevral, 2019
Nifaq və fəqirliyi aradan aparan əməl...

İslam Peyğəmbəri(s) İmam Əli(ə)yə vəsiyyətində buyurur:

“Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə,        şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları              böyük    günahlardan olmuş olsun”

Həzrət Məhəmməd(s) və Əhli-beyt İmamlarından nəql olunan hədislərdə buyurulur:

- "Uca səslə salavat göndərmək nifaqi aradan aparar"

- "Salavat gondərmək əməllərin paklanmasına səbəb olar"

- "Hər kim bir dəfə salavat göndərsə Allah afiyət qapisini onun üçün açar"

- "Salavat göndərmək fəqirliyi aradan aparar"

- "Hər vaxt insan bir şeyi unutsa və ya da sala bilməsə salavat  göndərməklə onun yadına salar"

- "Salavat uzaq düşməni və həmişə pusquda dayanan iblisi     zəlil və xar edər"

- "Hər kim Allahın Rəsuluna (s.a.v) salavat göndərsə Allah və mələklər ona salavat gondərər"

- "Salavat göndərmək insanı mələklərə oxşadar və mələklərin   sahib olduqları rəhmətdən ona da pay düşər"

- "Qiyamət günündə Allahın Rəsuluna (s.a.v) ən yaxın və layiqli insan o həzrətə çoxlu salavat göndərən səxs olar"

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4453.html