
Ötən il Amerikanın Şimali Karolina şəhərində öldürülən müsəlman tələbə qızın bacısı Suzan Barakat prezidentliyə namizəd Doland Trampı debata çağırıb.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,ABŞ prezidentliyinə namizəd D.Trampın müsəlmanları “donuz qanına bulanmış güllələr”lə edam edilməsi haqqında sonuncu çıxışından sonra S.Barakat Trampı görüşə və debata çağırıb.
28 yaşlı Suzan Barakat 2015-ci ildə Şimali Karolinada evlərində yoldaşı və uşağı ilə birlikdə silahlı hücumda öldürülən Deah Barakatın bacısıdır. Deah Barakat Şimlai Karolina Universitetinin diş həkimliyi üzrə fakültəinin tələbəsi idi.
Qeyd edək ki, Amerika Müsəlmanları Şurası da D.Trampı müsəlmanlar və İslama qarşı etdiyi çıxışlarına görə tənqid edib və onu debata çağırıb.