
Bu gün İraqın Kazımeyn şəhərində baş verən partlayış nəticəsində 13 nəfəri iranlı zəvvar olmaqla, 20 nəfərin yaralandığı bildirilir.
İraq polisinin verdiyi məlumata görə, terroristlərin avtobus dayanacağında quraşdırdıqları bombanın partlaması nəticəsində xəsarət alanların əksəriyyətini qadınlar təşkil edir.
Həmçinin bu gün Bağdadın şimalında ət-Taci məntəqədə elektrik stansiyasında törədilmiş terror aktı zamanı 5 nəfərin həlak olduğu bildirilir.