20 Fevral, 2016
Generallardan Səudiyyə Ərəbistanı vəliəhdinə Suriyaya qoşun yeridilməsi ilə bağlı xəbərdarlıq

Səudiyyə Ərəbistanının 10 generalı Səud krallığının vəliəhdi, şahzadə Məhəmməd bin Naifə məktub göndəriblər

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə islamazeri.az  Ərəb mediasına istinadən məlumat yayıb.

Səudiyyə Qərargahının komandanı olan 10 general Səud krallığının vəliəhdi, şahzadə və ölkənin daxili işlər naziri  Məhəmməd bin Naifə məktub göndəriblər. Onlar Səud ordusunun Suriyaya quru qoşunu yeridəcəyi təqdirdə ölkənin böyük təhlükələrlə üz-üzə qalacağını bildiriblər.

Göndərilən məktubda, generallar hərbi mütəxəssislər olaraq dinə, krala və vətənə olan bağlılıqlarına görə, xəbərdarlıq etdiklərini dilə gətiriblər.

Yəməndəki əməliyyatlarda yetərli nəticələr əldə olunmadığından,  Suriyaya quru qoşunlarının göndərilməsinin Səudiyyənin milli təhlükəsizliyinə ziyan verəcəyi generallar tərəfindən qeyd olunub.

Qeyd edək ki, məktubun əslini "nthnews" portalı yayıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4430.html