_thumb.jpg)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib.
Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə,bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İƏT baş katibi Xocalıda baş verənlərin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində meydana gəldiyini bildirib. O, 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında Xocalı hadisələrini pisləyən qətnamə qəbul etdiklərini də xatırladıb.
Məlumatda qeyd edilir ki, İƏT-in Baş Katibliyi Azərbaycanın işğalı dayandırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi bütün təşəbbüs və səylərə dəstək verir və gələcəkdə də verəcək.