
Suriyada müsəlman və xristianlar "Sevgimiz Suriya üçün" şüarı altında bərabər aksiya təşkil ediblər
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Bir neçə gün əvvəl Suriya paytaxtı Dəməşqdə "Milli Birlik" gənclər təşkilatı "Sevgimiz vətənimiz - Suriya üçün" adlı aksiya təşkil ediblər. Aksiya çərçivəsində imzatoplama da baş tutub və bununla onlar Suriya dövləti və prezidenti - Bəşər Əsədə dəstəklərini imza ilə təsdiqləmiş olublar.
Aksiya "Medhat Paşa" bazarından Pravoslav kilsəsinə qədər yürüşlə başlayıb. Daha sonra "Məryəm ana" qapısında dualar olunub. Dua edənlər yekdilliklə ölkələrində sülhün bərqərar olması və terrorçuların tamamilə yox olmasını istəyiblər.