
Gəncədə əsaslı təmirdən və yenidənqurmadan sonra müsəlmanların 5-ci imamı Məmməd Baqir(ə)ın oğli İbrahimin dəfn olunduğu "Göy məscid" kimi tanınan "İmamazadə məscid-ziyarətgah" komleksinin açılışı olacaq.
Ahlibeyt.az-ın məlumatına görə,fevralın 17-də baş tutacaq tədbirdə Azərbaycanın yüksək dövlət rəsmiləri,Qafqaz Müsəlmanları İdarəsi yanında Qazilər Şurasının üzvləri,tanınmış din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.
“İmamzadə məscid-ziyarətgah"komleksi Azərbaycan ərazisindəki ən qədim İslam tarixi nümunələrindən biri olub VIII əsrin məşhur memarlıq abidəsidir."Göy məscid" kimi tanınan bu ibadətgah təkcə Gəncə üçün deyil, bütün Azərbaycan və İslam alımi üçün dəyər təşkil edir.Bu müqəddəs məkanda beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub.