
Yunanıstanın ən çox tirajlı qəzetlərindən biri olan “To Vima” (To Bhma) oxucularına sürpriz hədiyyə verib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,“To Vima”nın oxucularına “hər həftə bir müqəddəs kitab hədiyyəsi” kampaniyası çərçivəsinda qəzet Qurani Kərimin yunanca tərcüməsini öz oxucularına çatdırıb.
Əksəriyyəti ortodoksal xristianın yaşadığı 11 milyon əhalisi olan Yunanıstanda təxminən 500 minə yaxın müsəlman var.